Bu ölkədə futbolçulara danışmamaq tövsiyə olundu

Bu ölkədə futbolçulara danışmamaq tövsiyə olundu Cənubi Koreya çempionatının rəhbərliyi oyunlar zamanı koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə bir sıra tədbirlər tətbiq edib.
Futbol
7 May , 2020 09:47
Bu ölkədə futbolçulara danışmamaq tövsiyə olundu
0 : 00
0 : 00

Cənubi Koreya çempionatının rəhbərliyi oyunlar zamanı koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə bir sıra tədbirlər tətbiq edib. 

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, qarşılaşmalar zamanı futbolçulara bir-biriləri ilə danışmamaları tövsiyə olunub. 

Eyni zamanda tüpürmək və salamlaşmaq qadağan edilib. Məşqçilər heyəti və komanda işçiləri əlcək və maskadan yararlanmalıdırlar.  

Qeyd edək ki, fevralın 29-da başlamalı olan Cənubi Koreya çempionatı koronavirus pandemiyası üzündən təxirə salınmışdı. Mövsüm mayın 8-dən azarkeşsiz start götürəcək. 

Son xəbərlər

Orphus sistemi