Bu gün "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək

Bu gün "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son 2 oyunu keçiriləcək.
Futbol
17 Fevral , 2019 07:25
Bu gün Qarabağ və Qəbələ komandaları üz-üzə gələcək

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, əvvəlcə "Bayıl Arena"da son iki mövsümün debütantı "Səbail" və "Sabah" klubları üz-üzə gələcək.

Hazırda Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv 24 xalla 3-cü, onun rəqib həmkarı Elşad Əhmədovun komandası isə 20 xalla 5-ci pillədə qərarlaşıb. “Səbail” əvvəlki iki oyunda uduzmayıb. “Sabah” isə rəqibinin qapısına qol vura bilməyib.

Turun son oyunu isə son illərin ən prinsipial komandaları "Qarabağ" və "Qəbələ" arasında təşkil olunacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada hər iki kollektiv üçün qələbə vacib əhəmiyyət kəsb edir. İlk oyun günündə "Neftçi" "Zirə" ilə səfər matçında qolsuz heç-heçə edərək cəmi 1 xalla kifayətləndiyindən, qələbə "Qarabağ" üçün liderlə xal fərqinin minimuma enməsinə səbəb ola bilər. Hazırda Ağdam komandası 34 xalla 2-ci pillədədir.

Cəmi 23 xala malik "Qəbələ" isə hazırda çempionluq yox, 3-cü pilləni ələ keçirməyə can atır. Bunun üçün isə ən azı səfər matçından qalib ayrılmaq lazımdır.

İndiyədək iki komanda Premyer Liqada 42 dəfə üz-üzə gəlib. Bunların 20-də "Qarabağ", 10-da "Qəbələ" qalib gəlibsə, 2 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində Ağdam təmsilçisi öndədir - 56:38.

Digər tərəfdən, son qarşılaşmalarda

“Qarabağ” ardıcıl 3 qələbə qazanıb. “Qəbələ” isə səfərdə 7 oyundur qalib gəlmir.

Azərbaycan Premyer Liqası, XVII tur

17 fevral (bazar)

15:00. “Səbail” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Bayıl Arena”

17:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Tofiq Bəhramov adına Respublika stadionu

Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi