Yuxarı

​Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqanın qrup mərhələsi uğrunda mübarizəyə qoşulacaq

Qəbələ evdə, Qarabağ isə səfərdə meydana çıxacaq

Bakı. 20 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Avropa Liqasının "play-off" mərhələsinin oyunlarına start veriləcək.

"Report" xəbər verir ki, Azərbaycanın iki klubu bu mərhələdə mübarizəyə qoşulacaq.

Qəbələnin eyniadlı klubu yerli vaxtla 21:00-da Bakının "Bakcell Arena" stadionunda Yunanıstanın adlı-sanlı "Panatinaikos" klubunu qəbul edəcək. Ağdamın "Qarabağ" kollektivi isə 23:00-da İsveçrədə "Young Boys" klubunun qonağı olacaq.

Bu gün Avropanın yaşıl meydanlarında, ümumilikdə 20 matç oynanılacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. İki oyunun nəticəsinə görə, klublar Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi