​Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqanın qrup mərhələsi uğrunda mübarizəyə qoşulacaq

​Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqanın qrup mərhələsi uğrunda mübarizəyə qoşulacaq "Qəbələ" evdə, "Qarabağ" isə səfərdə meydana çıxacaq
Futbol
2909
20 Avqust , 2015 07:45
​Bu gün Qarabağ və Qəbələ Avroliqanın qrup mərhələsi uğrunda mübarizəyə qoşulacaq

Bakı. 20 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Avropa Liqasının "play-off" mərhələsinin oyunlarına start veriləcək.

"Report" xəbər verir ki, Azərbaycanın iki klubu bu mərhələdə mübarizəyə qoşulacaq.

Qəbələnin eyniadlı klubu yerli vaxtla 21:00-da Bakının "Bakcell Arena" stadionunda Yunanıstanın adlı-sanlı "Panatinaikos" klubunu qəbul edəcək. Ağdamın "Qarabağ" kollektivi isə 23:00-da İsveçrədə "Young Boys" klubunun qonağı olacaq.

Bu gün Avropanın yaşıl meydanlarında, ümumilikdə 20 matç oynanılacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. İki oyunun nəticəsinə görə, klublar Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış olacaq.

Son xəbərlər

Orphus sistemi