Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək İlk oyun günündə lider “Qarabağ” debütant “Səbail”i qəbul edəcək
Futbol
27 Oktyabr , 2017 08:45
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

“Report” xəbər verir ki, ilk oyun günündə lider “Qarabağ” debütant “Səbail”i qəbul edəcək.

Sentyabrın 12-də Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk turunda İngiltərədə “Çelsi”nin qonağı olan Ağdam klubu “Səbail” ilə 4 gün əvvələ nəzərdə tutulan görüşün təxirə salınması istəmişdi. Ona görə də “Azərsun Arena”da baş tutacaq matç bu kollektivlərin ilk dueli kimi tarixə düşəcək.

“Qarabağ”ın hazırda 19 xalla zirvədə, liderdən 10 xal geri qalan “Səbail” 6-cı pillədə qərarlaşması meydan sahiblərinin favorit olduğunu söyləməyə əsas verir. Lakin qonaqlar “Neftçi” və “İnter”i məğlub etməklə, sürprizə imza atmağı bacaran kollektiv imici formalaşdırıb.

Oktyabrın 31-də ÇL-in IV turunda İspaniya təmsilçisi “Atletiko”nun qonağı olacaq “Qarabağ”ın “Səbail” ilə qarşılaşmada böyük güc sərf etməyəcəyi, baş məşqçi Qurban Qurbanovun aparıcı futbolçulara istirahət verəcəyi proqnozlaşdırılır. Ancaq ev oyununda büdrəmək Ağdam komandasına liderliyi əldən vermək bahasına başa gələ bilər. Çünki “Qarabağ” 2-ci sıradakı “Qəbələ” eyni xala malik oluğu halda, “üçlüy”ü qapayan “Zirə”ni 1 xal qabaqlayır.

Azərbaycan Premyer Liqası

X tur

27 oktyabr (cümə)

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Kərim Ağayev

Bakı. “Azersun Arena”

Son xəbərlər

Orphus sistemi