​Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq

​Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq Günün ilk qarşılaşmasında "Qarabağ" və "Bakı" komandaları üz-üzə gələcək
Futbol
7 Fevral , 2015 09:39
​Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq. 

"Report"un məlumatına görə, günün ilk qarşılaşmasında "Qarabağ" və "Bakı" komandaları üz-üzə gələcək.

Ötən tur istirahət edən Ağdam klubu 2015-ci ildə ilk çempionat oyununa çıxacaq. Paytaxtın eyniadlı klubu isə son turda "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.

Yubiley turunun son görüşü isə Lənkəranda baş tutacaq. Burada yerli "Xəzər Lənkəran" paytaxtın "İnter" klubunu qəbul edəcək.

07 fevral (şənbə)

16:00. "Qarabağ" – "Bakı"

Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Vüsal Qənbərov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Telman Əzizov

Hakim-inspektor: Gülağa Cabbarov

Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. "Xəzər Lənkəran" – "İnter"

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Coşqun Həsənov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Kərim Ağayev

“Xəzər Lənkəran” mərkəzi stadionu.

Qeyd edək ki, XX turun ilk oyun günündə 2 görüş keçirilib. "Qəbələ" doğma meydanda AZAL-a 0:1 hesabı ilə məğlub olub. "Neftçi" isə Bakıda "Simurq"la sülh bağlayıb - 0:0.

Son xəbərlər

Orphus sistemi