Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək "Neftçi" evdə, "Qarabağ" səfərdə çıxış edəcək
Futbol
29 Sentyabr , 2018 07:30
Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

"Report" xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı "Bakcell Areana"da baş tutacaq. Turnir cədvəlinin iki liderindən biri olan "Neftçi" "Səbail"i qəbul edəcək. Bu komandalar indiyədək çempionat oyunlarında 4 dəfə üz-üzə gəliblər. Yalnız ötən mövsüm qarşılaşan paytaxt təmsilçilərinin son 3 oyununda “Neftçi” qalib gəlib. “Ağ-qaralar” ev matçlarında 2 top fərqi ilə qələbə qazanıb. Topların fərqində də flaqmanın üstünlüyü var - 9:2 .

"Neftçi" ilə eyni xala malik olan "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la qarşılaşacq. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər.

Turun digər iki matçı isə sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Keşlə" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar Premyer Liqada 40 dəfə qarşılaşıblar. 11 oyunda əyalət təmsilçisi, 14-də "Keşlə" meydanı 3 xalla tərk edib. 15 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt klubu öndədir - 51:40. "Qəbələ" rəqibinə qarşı keçirdiyi son 7 çempionat oyununda meydanı qolsuz tərk etməyib. Əvəzində "Keşlə" ardıcıl 11 oyundur rəqibini məğlub edə bilmir.

VI tura "Bayıl Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı ilə yekun vurulacaq. Komandalar arasındakı çempionat oyunlarının 6-da "Zirə", 3-də "gənclik şəhəri" təmsilçisi qələbəyə sevinib. 3 matç isə heç-heçə yekunlaşıb. Topların fərqində də qəsəbə klubu öndədir - 15:10. Komandalar arasında son 5 Premyer Liqa matçında hər iki komanda qol sevinci yaşayıb. “Zirə” son 6 görüşdə rəqibinə yalnız bir dəfə uduzub.

Azərbaycan Premyer Liqası, VI tur

29 sentyabr (şənbə)

18:55. “Neftçi” – “Səbail"

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Bakcell Arena”

20:50. “Sabah” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Əlincə Arena”


30 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümayəndəsi: Abas Hüseynov

Qəbələ şəhər stadionu


20:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

“Bayıl Arena”

Son xəbərlər

Orphus sistemi