Yuxarı
    Bağlamaq

    Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək

    İlk oyun gününə təyin edilən matçlar Bakıda baş tutacaq

    Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək. “Report”un məlumatına görə, ilk oyun gününə təyin edilən matçlar Bakıda baş tutacaq.

    Həftənin açılış oyununda debütant “Səbail” ilə elitanın ən qocaman komandası “Neftçi” üz-üzə gələcəklər. Yeni mövsümə məğlubiyyətlə başlayan kollektivlər arasında ilk duel kimi tarixə düşəcək görüş “Dalğa Arena”da keçiriləcək.

    Qarşılaşma “Səbail”in baş məşqçisi Samir Əliyev üçün xüsusi önəm daşıyır. O, paytaxt klubunun sabiq futbolçusu olmaqla yanaşı, əsas və əvəzedici komandasına rəhbərlik də edib.

    Günün digər qarşılaşması çempion “Qarabağ”la bürünc mükafatçı “İnter” arasında olacaq. Ağdam təmsilçisi hazırda yüksəlişdə olduğu halda, “ağ-göylər” çətin günlərini yaşayırlar. Bu isə oyunun nəticəsinə də təsirsiz ötüşməməlidir. Hərçənd Qurban Qurbanovun əsas futbolçuları avqustun 23-də Çempionlar Liqasının “pley-off” mərhələsində “Kopenhagen”ə qarşı görüş üçün qoruması da mümkündür.

    Azərbaycan Premyer Liqası

    II tur

    19 avqust (şənbə)

    18:00. “Səbail” – “Neftçi”

    Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov

    AFFA nümayəndəsi: Ramiz Abdullayev

    Hakim-inspektor: Füzuli Nəcəfov

    “Dalğa Arena”

    20:00. “Qarabağ” – “İnter”

    Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov

    AFFA nümayəndəsi: Mübariz Hüseynov

    Hakim-inspektor: Murad Məmmədov

    “Azersun Arena”

    20 avqust (bazar)

    17:00. “Kəpəz” – “Zirə”

    Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov

    AFFA nümayəndəsi: Eldar Qasımov

    Hakim-inspektor: Əhmədağa Cabbarov

    Yevlax şəhər stadionu

    20:00. “Qəbələ” – “Sumqayıt”

    Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev

    AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

    Hakim-inspektor: Şahin Cəfərov

    Qəbələ şəhər stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi