Bu gün Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərini keçirəcək

Bu gün Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərini keçirəcək Bu gün Səbail və Neftçi komandaları UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə çıxacaqlar.
Futbol
18 İyul , 2019 09:49
Bu gün Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərini keçirəcək

Bu gün "Səbail" və "Neftçi" komandaları UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə çıxacaqlar.

"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu komanda Rumıniyada "Universitatya"nın qonağı olacaq.

Krayova şəhərindəki "İon Oblemenko" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyunda "Krayova" qalib gəlib - 3:2. Avrokuboklarda debüt edən "Səbail" mərhələ adlamaq üçün səfərdə qapısını toxunulmaz saxlamaq şərtilə minimum 2 top vurmalı və ya 2 top fərqi ilə qalib gəlməlidir.

"Neftçi" isə "Bakcell Arena"da daha bir debütant Moldova "Sperantsa"sını qəbul edəcək. Görüşün start fiti saat 21:00-da çalınacaq. Kişinyovdakı ilk qarşılaşmada flaqman böyük hesabla qalib gəlib - 3:0. Bu səbəbdən, "ağ-qaralar"ın mərhələ adlaması xeyli realdır. Yalnız 3 top fərqi ilə məğlub olacağı halda, Roberto Bordinin baş məşqçi olduğu kollektiv mübarizəni dayandıracaq.

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

18 iyul

20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan)
Baş hakim: Helqi Mikael Yonasson
Baş hakimin köməkçiləri: Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson
Dördüncü hakim: İvar Orri Kristyansson (hamısı İslandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya)

Krayova, "İon Oblemenko" stadionu
İlk oyun – 3:2

21:00. “Neftçi” (Azərbaycan) – “Sperantsa” (Moldova)
Baş hakim:
Yulian Veynberger
Baş hakimin köməkçiləri: Maksimilian Kolbiç, Mihael Nemets
Dördüncü hakim: Andreas Heyss (hamısı Avstriya)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)

Bakı, "Bakcell Arena"

İlk oyun – 3:0.

Son xəbərlər

Orphus sistemi