Yuxarı

​Bu gün AVRO-2016-ya son birbaşa vəsiqələrin sahibləri müəyyənləşəcək

Türkiyə yığması ən yaxşı qrup 3-cüsü kimi final mərhələsinə yüksələ bilər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsinin son görüşləri keçiriləcək. "Report"un məlumatına görə, X turun 3-cü oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin yer aldığı H qrupunda İtaliya artıq birbaşa vəsiqəni təmin etsə də, Norveç və Xorvatiya arasında mübarizə davam edir. Hər iki komanda qrup ikinciliyi uğrunda mübarizə aparır. Onlar səfərdə müvafiq olaraq, İtaliya ilə Maltanın qonağı olacaqlar.

A qrupunda artıq final mərhələsinə vəsiqələrin sahibləri məlumdur. İslandiya və Çexiya üçün son turun görüşü ciddi əhəmiyyət daşımır. "Pley-off"a vəsiqə verən 3-cü yerə isə Türkiyə ilə Hollandiya iddialıdır. "Ay-ulduzlular"ın ən yaxşı qrup 3-cüsü kimi də birbaşa vəsiqə şansları var. Bunun üçün Qazaxıstan səfərdə Latviyanı, Türkiyə isə evdə İslandiyanı yenməlidir. Baş məşqçi Fatih Terimin komandası məğlub olsa, Hollandiya millisi Çexiya üzərində qələbə sayəsində 3-cü pilləni ələ keçirə bilər.

B qrupunda da vəziyyət eynidir. Burada da pley-off-a vəsiqə uğrunda mübarizə davam edir. Son görüşlərin nəticəsindən asılı olmayaraq Belçika və Uels milliləri Fransada keçiriləcək final mərhələsində çıxış edəcəklər. Mübarizə isə Bosniya və Herseqovina və 1 xal gerisində olan İsrail yığmaları arasındadır. Belçikanın qonağı olacaq İsrail mütləq qələbə qazanmalı və ən yaxın izləyicisinin xal itirməsinə ümid etməlidir. Bosniyalılar isə İsrailin xal itirəcəyi təqdirdə, 1 xal sayəsində də "pley-off"a yüksələ bilərlər. Xalların bərabər olacağı təqdirdə, şəxsi göstəricilərə əsasən pley-off-a yüksələcək komanda İsrail olacaq.

A qrupu

23:45. Türkiyə - İslandiya

Baş hakim: Canluka Rokki (İtaliya)

Konya. Atatürk Stadionu

23:45. Hollandiya - Çexiya

Baş hakim: Damir Skomina (Sloveniya)

Amsterdam. "Amsterdam Arena"

23:45. Latviya - Qazaxıstan

Baş hakim: Stiven Maklin (Şotlandiya)

Riqa. "Skonto" Stadionu

Xal durumu: İslandiya - 20. Çexiya - 19. Türkiyə - 15. Hollandiya - 13. Latviya - 5. Qazaxıstan - 2.

B qrupu

23:45. Belçika - İsrail

Baş hakim: Tasos Sidiropulos

Brüssel. Kral Boduen Stadionu

23:45. Kipr - Bosniya və Herseqovina

Baş hakim: Entoni Teylor (İngiltərə)

Nikosiya. GSP Stadionu

23:45. Uels - Andorra

Baş hakim: Kevin Blom (Hollandiya)

Kardiff. Şəhər stadionu

Xal durumu: Belçika - 20. Uels - 18. Bosniya və Herseqovina - 14. İsrail - 13. Kipr - 12. Andorra - 0.

H qrupu

23:45. Bolqarıstan - Azərbaycan

Baş hakim: Tomaş Boqnar (Macarıstan)

Sofiya. Vasil Levski Stadionu

23:45. İtaliya - Norveç

Baş hakim: Feliks Brıx (Almaniya)

Roma. "Olimpiko" Stadionu

23:45. Malta - Xorvatiya

Baş hakim: Andre Marriner (İngiltərə)

Ta Qali. Ta Qali şəhər stadionu

Xal durumu: İtaliya - 21. Norveç - 19. Xorvatiya - 17. Bolqarıstan - 8. Azərbaycan - 6. Malta - 2.

Qeyd edək ki, indiyədək 18 ölkə - təşkilatçı Fransa, həmçinin, İslandiya, Çexiya, Belçika, Uels, İspaniya, Slovakiya, Almaniya, Polşa, İngiltərə, İsveçrə, Şimali İrlandiya, Rumıniya, Avstriya, Rusiya, İtaliya, Portuqaliya və Albaniya final mərhələsində iştirak hüququ əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi