Bakı. 6 yanvar. REPORT.AZ/ "Şapekoense" yanvarın 21-də futbol üzrə Braziliya çempionatının hazırkı qalibi olan "Palmeyras"la yoldaşlıq görüşü keçirəcək.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, görüş "Şapekoense"nin ev oyunlarını keçirdiyi "Arena Conda"da baş tutacaq.
Bu, komandanın 19 futbolçusu və məşqçi heyəti üzvlərinin ölümü ilə nəticələnən aviaqəzadan sonra ilk oyun olacaq.