Yuxarı

Braziliyalı qadın futbolçu dünya çempionatları tarixinin yeni bombardiri olub - FOTO

​Braziliyalı qadın futbolçu dünya çempionatları tarixinin yeni bombard

Braziliya milli komandasının qadın futbolçusu Marta Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeni dünya çempionatları tarixinin bombardirləri siyahısında keçib.

"Report"un məlumatına görə, bu, qadınlar arasında dünya çempionatının qrup mərhələsində Braziliya və İtaliya arasındakı görüşdə baş verib. 33 yaşlı forvard 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0. Nəticədə "sambaçı" mundiallarda vurduğu qolların sayını 17-yə çatdırıb. Artıq karyerasını başa vurmuş Klozenin 16 qolu var. Üçüncü yerdə isə 15 topla Martanın kişi həmyerlisi Ronaldo qərarlaşıb.

Qeyd edək ki, Marta FIFA versiyası üzrə 6 dəfə (2006, 2007, 2008, 2009, 2010, 2018) ilin ən yaxşı qadın futbolçusu sayılıb. O, Braziliya yığmasının heyətində 2007-ci il dünya çempionatının və Yay Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi