"Sevinirəm ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Komanda tez-tez avrokuboklarda çıxış edir və bu, vacibdir".
"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın braziliyalı sabiq futbolçusu Çumbinyo ölkəsinin mətbuatına açıqlamasında deyib.
Braziliyanın "Yuventude" klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin Avropa Liqasında çətin qrupa düşdüyünü bildirib: "Qrup olduqca çətindir. APOEL, "Sevilya" və "Düdelanj"la matçlar asan olmayacaq. Çünki bütün komandalar yaxşı və güclüdür. "Qarabağ" da güclüdür və sona qədər hər bir rəqiblə mübarizə aparacaq. "Sabiq" komandamın hədəfinə çatacağına inanıram".
Qeyd edək ki, Çumbinyo 2013 - 2015-ci illərdə "Qarabağ"ın formasını geyinib.