​Braziliya milli komandasının baş məşqçisi istefaya göndərilib

​Braziliya milli komandasının baş məşqçisi istefaya göndərilib Komanda Amerika Kubokunda qrupdan çıxa bilməyib
Futbol
14 İyun , 2016 23:19
​Braziliya milli komandasının baş məşqçisi istefaya göndərilib

Bakı. 14 iyun. REPORT.AZ/ Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa istefaya göndərilib.

"Report"un məlumatına görə, istefa qərarı Dunqanın federasiya rəsmiləri ilə görüşündə qəbul olunub.

Onunla birgə bütün məşqçilər heyəti də komandadan ayrılıb. Tezliklə yeni baş məşqçi axtarışlarına başlanılacaq.

Qeyd edək ki, Braziliya yığması Amerika Kubokunda qrup mərhələsindəcə mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi