Yuxarı
    Bağlamaq

    Branimir Subaşiç: "Miçoviçin başına gələndən xəbərim var"

    Səhər saat 6-da küçədə gəzirsənsə, başına hər cür işin gəlməsi mümkündür

    Bakı. 14 fevral. REPORT.AZ/ "Vladimir Miçoviçin başına gələndən xəbərim var. Lakin təfərrüatlarından məlumatsızam". 

    Bunu "Report"a açıqlamasında Azərabaycan milli komandasının və "Neftçi" klubun sabiq futbolçusu Branimir Subaşiç deyib.

    Bu gün Serbiyanın paytaxtı Belqradda iki qruplaşma arasında baş vermiş atışma nəticəsində Azərbaycan vətəndaşı Yaşar Rüstəmov ayağından yaralanıb. "Abşeron" klubunun sabiq prezidenti olan həmin şəxslə bərabər, Subaşiçlə "Neftçi"də komanda yoldaşı olmuş həmyerlisi Vladimir Miçoviç də döyülərək, başından xəsarət alıb.

    Lakin hazırda Belqradda yaşayan 35 yaşlı veteran futbolçu Miçoviçlə əlaqə saxlamağı və ona baş çəkməyi lazım bilməyib: "Mənim ailəm var. Belə adamlarla işim ola bilməz. Səhər saat 6-da küçədə gəzirsənsə, başına hər cür işin gəlməsi mümkündür. Üzr istəyirəm, ancaq bu barədə danışmaq belə istəmirəm".

    Qeyd edək ki, Vladimir Miçoviç 2005 - 2010, Subaşiç isə 2005 - 2008-ci illərdə "Neftçi"də çıxış edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi