Yuxarı
    Bağlamaq

    "Böyük oyun"da futbolçular arasında insident baş verib

    Xəzər Lənkəranın yeni transferi Neftçinin legionerinə kəllə atıb

    Bakı. 2 mart. REPORT.AZ/ "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçirilmiş futbol üzrə Azərbaycan Kubokunun ilk 1/4 final matçında futbolçular arasında insident baş verib. "Report"un məlumatına görə, hadisə uzatma dəqiqələrində yaşanıb.

    Top uğrunda mübarizə zamanı meydan sahiblərinin futbolçusu İbrahim Qədirzadənin təpiklə zərbəsi qonaqların yarımmüdafiəçisi Erik Ramosun sifətinə tuş gəlib. Buna etiraz edən paraqvaylı legioner "Xəzər Lənkəran"a Ukrayna "Dnepr"indən keçən Bayram Budaqovla kəllə-kəlləyə gəlib. Budaqovun başla vurduğu Ramos yerə yıxıldıqdan sonra münaqişə daha da böyüyüb. "Neftçi"nin qapıçısı Aqil Məmmədov meydanın mərkəzinə doğru gələrək, baş hakim Əliyar Ağayevə etiraz edib. Referi isə Budaqovla Məmmədova sarı vərəqə göstərib. Mübahisə hakimlər və bəzi aparıcı futbolçuların müdaxiləsindən sonra səngiyib.

    Qeyd edək ki, görüş "Xəzər Lənkəran"ın qələbəsi ilə yekunlaşıb - 3:2.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi