Bosniya və Herseqovina millisinin baş məşqçisi cəzalandırılıb

Bosniya və Herseqovina millisinin baş məşqçisi cəzalandırılıb FİFA Mehmed Bajdareviçi 1 oyunluq diskvalifikasiya edib
Futbol
25 Dekabr , 2016 23:44
Bosniya və Herseqovina millisinin baş məşqçisi cəzalandırılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ FİFA Bosniya və Herseqovina yığmasının baş məşqçisi Mehmed Bajdareviçi 1 oyunluq diskvalifikasiya edib.

"Report"un məlumatına görə, buna 56 yaşlı mütəxəssisin Yunanıstanla 1:1 hesablı heç-heçə etdikləri 2018-ci il Dünya çempionatının seçmə qrup matçında qeyri-idman hərəkəti səbəb olub.

İntizam Komitəsinin qərarına əsasən, Bajdareviç növbəti görüşdə - 25 mart 2017-ci il tarixində Cəbəllütariqə qarşı ev matçında texniki zonada yer ala bilməyəcək. O, daha bir oyunluq şərti cəza və 5 min frank (4,65 min dollar) cəriməyə məruz qalıb.

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasına "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də dəvət alır.

Son xəbərlər

Orphus sistemi