Bonuççi: "Yuventus"da böhran "Barselona"ya məğlubiyyətdən sonra başladı"

Bonuççi: "Yuventus"da böhran "Barselona"ya məğlubiyyətdən sonra başladı" "Yuventus" Çempionlar Liqası -2014/15-in finalında 3:1 hesabı ilə uduzub
Futbol
20 Fevral , 2018 07:40
Bonuççi: Yuventusda böhran Barselonaya məğlubiyyətdən sonra başladı

Bakı. 20 fevral. REPORT.AZ/ İtaliyanın "Milan" klubunun əvvəllər "Yuventus"da çıxış etmiş müdafiəçisi Leonardo Bonuççi turinlilərin düşərgəsində onun komandadan getməsi ilə nəticələnən dövrün başlamasından danışıb.

“Report” xəbər verir ki, futbolçunun fikirlərini "Mediaset Premium" nəşrinə istinadən "Football Italia" dərc edib.

"Yuventus"da böhran Berlində "Barselona"ya məğlubiyyətdən sonra başladı. Biz bir-birimizə kömək etməməyə başladıq", — deyə Bonuççi bildirib.

Çempionlar Liqası-2014/15-in finalında "Yuventus" "Barselona"ya 1:3 hesabı ilə məğlub olub. Bonuççi "Milan"a ötən yay, turinlilərin ÇL-in finalında daha bir məğlubiyyətindən ("Real" ilə oyunda 1:4) sonra keçib.

Son xəbərlər

Orphus sistemi