Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib

Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib Futbol üzrə Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.
Futbol
21 Oktyabr , 2019 17:07
Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Report" "Topsport" nəşrinə istinadən xəbər verir ki, "Levski"nin sabiq baş məşqçisi Georgi Dermenciyev yığmaya rəhbərlik etməyə razılıq verib.

64 yaşlı mütəxəssis Bolqarıstan Futbol İttifaqının (BFS) vitse-prezidenti vəzifəsinin səlahiyyətlərini icra edən Yordan Leçkovla danışdığını və məsələni rəsmi qaydada həll etməli olduqlarını söyləyib: "Milli komandanı qəbul etməyə razı oldum. Köməkçilərimi müəyyənləşdirməmişəm. Bu, milli komandadır və diqqətli seçim etməliyəm".

Qeyd edək ki, Bolqarıstan millisinin baş məşqçisi Krasimir Balakov və BFS-in prezidenti Borislav Mixaylov AVRO-2020-nin seçmə mərhələsində İngiltərəyə uduzduqları matçda baş verənlərdən sonra istefa verib. Həmin görüşdə bolqarıstanlı azarkeşlər irqçi davranışları ilə yadda qalıb. UEFA məsələ ilə bağlı intizam işi açıb. Mixail Kasabov qurumun müvəqqəti prezidenti olub. 

Son xəbərlər

Orphus sistemi