​Bolqarıstan millisinə 2 yeni futbolçu çağırılıb

​Bolqarıstan millisinə 2 yeni futbolçu çağırılıb İvaylo Petev Azərbaycan yığması ilə oyuna müdafiəçi və yarımmüdafiəçi dəvət edib
Futbol
12 Oktyabr , 2015 11:50
​Bolqarıstan millisinə 2 yeni futbolçu çağırılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ AVRO-2016-nın seçmə qrup mərhələsində oktyabrın 13-də Azərbaycan millisi ilə qarşılaşacaq Bolqarıstan yığmasının heyətinə 2 yeni futbolçu cəlb olunub. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, baş məşqçi İvaylo Petev "Ludoqorets"in formasını geyinən müdafiəçi Yordan Minev və yarımmüdafiəçi Svetoslav Dyakovu milliyə dəvət edib.

Həmin futbolçular sarı vərəqə cəzalısı olduqlarından, oktyabrın 10-da Xorvatiyaya qarşı çıxış etməyiblər. İ.Petev isə futbolçuların məşqlərə ara verməmələri üçün onların "Ludoqorets" düşərgəsində hazırlıq keçmələrini məqsədəuyğun sayıb. Minevlə Dyakov dünəndən milli komandanın məşqlərinə qoşulub.

Qeyd edək ki, oktyabrın 13-də Sofiyada keçiriləcək Bolqarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi