​Bolqarıstan millisinin baş məşqçisi: "Özümü heç də yaxşı hiss etmirəm"

​Bolqarıstan millisinin baş məşqçisi: "Özümü heç də yaxşı hiss etmirəm" "Artıq neçənci dəfədir ki, Bolqarıstan millisi final mərhələlərindən kənarda qalır"
Futbol
14 Oktyabr , 2015 04:30
​Bolqarıstan millisinin baş məşqçisi: Özümü heç də yaxşı hiss etmirəm

Bakı. 14 oktyabr. REPORT.AZ/ “Bu gün yaxşı oynadıq. Oyuna biz nəzarət edirdik. Bizi dəstəkləyən azsaylı azarkeşlərimizə təşəkkür edirəm".

"Report" xəbər verir ki, bunu Avro-2016-nın son seçmə oyunu çərçivəsində Azərbaycan üzərində 2:0 hesabı ilə qələbə qazanan Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev bildirib.

"Pley-offa vəsiqə qazanmaq istəyirdik, alınmadı. Buna görə özümü heç də yaxşı hiss etmirəm. Artıq neçənci dəfədir ki, Bolqarıstan millisi final mərhələlərindən kənarda qalır. Bu, azarkeşlərə də təsir edir. Hər şeyə rəğmən milliyə dəstək olan hər kəsə təşəkkür edirəm", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi