"Boavişta" Portuqaliya çempionatında 12 turdan sonra ilk dəfə meydana Kamran Ağayevsiz çıxacaq

"Boavişta" Portuqaliya çempionatında 12 turdan sonra ilk dəfə meydana Kamran Ağayevsiz çıxacaq Emin Mahmudovun isə səfər oyununda start heyətində yer alma ehtimalı azdır
Futbol
21 Yanvar , 2017 09:47
Boavişta Portuqaliya çempionatında 12 turdan sonra ilk dəfə meydana Kamran Ağayevsiz çıxacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Portuqaliya çempionatında XVIII turun növbəti görüşləri keçiriləcək. "Report"un məlumatına görə, "Boavişta" klubu "Aroka"nın qonağı olacaq.

Bakı vaxtı ilə gecə saat 00:30-da başlanacaq qarşılaşmada Azərbaycan millisinin oyunçularından qapıçı Kamran Ağayev iştirak etməyəcək. Ağayev ötən tur "Benfika" ilə qarşılaşmadan sonra rəqib komanda futbolçuları ilə toqquşmada iştirak etdiyi üçün 3 oyunluq cəzaya məruz qalıb. O, Portuqaliya çempionatında debüt etdiyi VI turdan sonra ilk dəfə "Boavişta"nın matçını buraxmalı olacaq. Yarımmüdafiəçi Emin Mahmudovun isə son turlar inamlı çıxış edən komandanın start heyətində yer alma ehtimalı azdır. Bununla belə, Mahmudovun "18-liy"ə düşəcəyi gözlənilir. 

Qeyd edək ki, hazırda "Boavişta" 17 oyundan 21 xalla 11-ci, "Aroka" isə 23 xalla 9-cu pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi