Yuxarı

"Boavişta"nın baş məşqçisi: "Meydana çıxıb o topu tuta bilmərəm"

Ervin Sançes Kamran Ağayevin Portu ilə matçda buraxdığı kobud səhvi şərh edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Boavişta"nın baş məşqçisi Ervin Sançes komandanın azərbaycanlı qapıçısı Kamran Ağayevin "Portu" ilə Portuqaliya çempionatının VI tur matçında buraxdığı kobud səhvi şərh edib. "Report"un məlumatına görə, 46 yaşlı mütəxəssis istənilən səhvin qapılarına qol vurulması ilə nəticələnən mərhələdə olduqlarını bildirib.

O deyib ki, Ağayev şanssızcasına top buraxmasının üzüntüsünü yaşamaqla yanaşı, komandasının ən azı heç-heçəyə nail olmasına çalışıb: "Amma mən meydana çıxıb topu tuta bilmərəm. Öyrənməli və üzərində işləməli olduğumuz məsələlər var. Futbolçularımın dəyərli olduqlarına hələ də inanıram. Çünki biz uzun yolun başlanğıcındayıq".

Qeyd edək ki, "Portu"nun 3:1 hesabı ilə qalib gəldiyi matçda Kamran Ağayev "Boavişta"nın heyətində ilk matçına çıxıb. O, 3-cü qolu kobud səhvi nəticəsində buraxıb. "Portu"nun futbolçusu Aleks Tellesin cinah asmasından sonra Kamran Ağayev topu əlində saxlaya bilməyib. Nəticədə top qapı dirəyinə dəyərək, tora daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi