"Boavişta" klubu növbəti qələbəsini qazanıb - VİDEO

"Boavişta" klubu növbəti qələbəsini qazanıb - VİDEO Kamran Ağayev 90 dəqiqə meydanda olub
Futbol
9 Yanvar , 2017 00:17
Boavişta klubu növbəti qələbəsini qazanıb - VİDEO

Bakı. 9 yanvar. REPORT.AZ/ Portuqaliya çempionatının XVI turunda "Boavişta" klubu "Setubal"ı qəbul edib.

"Report"un məlumatına görə, Portu şəhərindəki Bessa stadionunda baş tutan oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə topu 27-ci dəqiqədə penaltidən Fabio Espinyo vurub. Azərbaycan milli komandasının üzvlərindən Kamran Ağayev 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlaya bilib. Emin Mahmudov isə matçı ehtiyatda keçirib.

Bu qələbədən sonra "Boavişta" 20 xalla 9-cu pilləyə yüksəlib. 19 xalı olan "Setubal" isə 11-ci pilləyə enib.

Son xəbərlər

Orphus sistemi