Beyl İspaniya çempionatında Devid Bekhemin rekordunu təkrarlayıb

Beyl İspaniya çempionatında Devid Bekhemin rekordunu təkrarlayıb Bu matç uelsli futbolçu üçün İspaniya yüksək liqasında sayca 116-cı olub
Futbol
28 Fevral , 2018 03:53
Beyl İspaniya çempionatında Devid Bekhemin rekordunu təkrarlayıb

Bakı. 28 fevral. REPORT.AZ/ "Real"ın hücumçusu Qaret Beyl İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Espanyol"a qarşı keçirilən matçda Madrid komandasının start heyətində meydana çıxıb.

“Report” xəbər verir ki, bu matç uelsli futbolçu üçün İspaniya yüksək liqasında sayca 116-cı olub.

"Goal" internet nəşri yazır ki, 28 yaşlı Beyl bu göstəriciyə görə "Real"ın keçmiş yarımmüdafiəçisi Devid Bekhemlə oyun sayında bərabərləşib və britaniyalı futbolçular arasında İspaniya Primerosunda keçirilən matçların sayına görə onun rekordunu təkrarlayıb.

Beyl matçın 81-ci dəqiqəsində əvəzlənib, Zinəddin Zidanın komandası isə 93-cü dəqiqədə qol buraxmaqla səfər məğlubiyyətinə uğrayıb.

Son xəbərlər

Orphus sistemi