Yuxarı

​"Beşiktaş" klubu əslən azərbaycanlı iş adamına məxsus "skybox"u satıb

Vodafone Arenada 147 skybox var

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu yeni stadionu "Vodafone Arena"da əslən azərbaycanlı iş adamı Rza Zərraba məxsus "skybox"u satıb. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, stadionun qərb hissəsində yerləşən "skybox"un satışı ötən həftə həyata keçirilib.

3 il müddətinə satılan "skybox"un qiyməti təxminən 500 min dollardır. Hazırda ABŞ-da həbsdə olan və "Beşiktaş" azarkeşi olduğu bildirilən R.Zərrab "skybox"u ötən ilin aprelində alıb.

Qeyd edək ki, "Vodafone Arena"da 147 loja var. Klubun 3 il müddətinə satılan "skybox"lardan üst-üstə 30 milyon dollar gəlir götürdüyü bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi