Bakı. 9 may. REPORT.AZ/ Türkiyə Super Liqasında çempionluq mübarizəsini davam etdirən "Beşiktaş" klubunun futbolçularına mükafat vəd edilib. "Report"un "Fotomaç"a istinadən verdiyi məlumata görə, mükafatın məbləği 1.5 milyon dollardır.
Futbolçular mükafatı yalnız Türkiyə çempionu olacaqları təqdirdə ala biləcəklər. Belə olan halda komanda Çempionlar Liqasına vəsiqə qazanacaq. Bu da klub üçün UEFA-nın verəcəyi əlavə gəlir deməkdir.
Qeyd edək ki, 30 turdan sonra bir oyun az keçirən "Beşiktaş" 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.