Berti Foqts: "Rüfət Dadaşovun Azərbaycan millisinə yenidən çağırılmasına sevindim"

Berti Foqts: "Rüfət Dadaşovun Azərbaycan millisinə yenidən çağırılmasına sevindim" "Onda 2-ci Bundesliqa üçün tələb olunan keyfiyyətlər var"
Futbol
14 Noyabr , 2018 10:13
Berti Foqts: Rüfət Dadaşovun Azərbaycan millisinə yenidən çağırılmasına sevindim

Bakı. 14 noyabr. REPORT.AZ/ “Rüfət Dadaşovda 2-ci Bundesliqa üçün tələb olunan keyfiyyətlər var. O, topu yaxşı idarə edir və hədəfin harada olduğunu bilir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Almaniyanın III liqasındakı “Proyssen” klubunda çıxış edən Rüfət Dadaşov haqda "Bild"ə danışarkən deyib.

Almaniyalı mütəxəssis ilk dəfə onun dönəmində Azərbaycan yığmasına cəlb olunmuş forvarda 4 illik fasilədən sonra yenidən dəvət göndərilməsinə sevindiyini söyləyib: “Siz onun hər zaman bu səviyyədə oynamasını təşviq etməlisiniz. Onunla işləmək mənim üçün çox əyləncəli idi. Dörd illik fasilədən sonra yığmaya çağırılmasına şadam. Bu, Rüfətə daha da təkan verir. “Proyssen" bundan xeyir götürəcək”.

Qeyd edək ki, Rüfət Dadaşov daha əvvəl 2013 - 2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Berti Foqts isə 2008 – 2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Yığmanın sabiq baş məşqçisi Robert Prosineçki 2014 - 2018-ci illərdə Almaniyanın həvəskarlar liqasında çıxış edən klubların formasını geyindiyi üçün Dadaşova dəvət göndərməyib. "Proyssen"ə bu yay keçən 27 yaşlı forvard millinin son 2 oyununda 90 dəqiqə meydanda olub. O, Farer adalarını səfərdə 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmanın 67-ci dəqiqəsində Dimitri Nazarova məhsuldar ötürmə verib. 

Son xəbərlər

Orphus sistemi