Yuxarı

Belçikada son iki həftədə ikinci futbolçu oyun zamanı dünyasını dəyişib

Tim Nikotu süni koma vəziyyətindən ayıltmaq mümkün olmayıb

Bakı. 11 may. REPORT.AZ/ Belçikada son iki həftədə ikinci futbolçu ölümü baş verib. "Report"un məlumatına görə, oyun zamanı ürəyi tutan Belçikanın "Bershot Vilreyk" klubunun futbolçusu Tim Nikot xəstəxanada dünyasını dəyişib. 

23 yaşlı müdafiəçi 4-cü divizion qarşılaşmasında özünü pis hiss edib. Onu süni koma vəziyyətindən ayıltmaq mümkün olmayıb. 

Qeyd edək ki, aprelin sonlarında "Lokeren"in müdafiəçisi Qreqori Martensin "Genk"lə oyun vaxtı ürəyi tutub. Özünə gələ bilməyən Martens xəstəxanada keçinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi