Bakı. 11 may. REPORT.AZ/ Belçikada son iki həftədə ikinci futbolçu ölümü baş verib. "Report"un məlumatına görə, oyun zamanı ürəyi tutan Belçikanın "Bershot Vilreyk" klubunun futbolçusu Tim Nikot xəstəxanada dünyasını dəyişib.
23 yaşlı müdafiəçi 4-cü divizion qarşılaşmasında özünü pis hiss edib. Onu süni koma vəziyyətindən ayıltmaq mümkün olmayıb.
Qeyd edək ki, aprelin sonlarında "Lokeren"in müdafiəçisi Qreqori Martensin "Genk"lə oyun vaxtı ürəyi tutub. Özünə gələ bilməyən Martens xəstəxanada keçinib.