Yuxarı

Belçika AVRO-2020-yə vəsiqə qazanıb, Macarıstan Azərbaycanla oyun öncəsi darmadağın olub

Belçika AVRO-2020-yə vəsiqə qazanıb, Macarıstan Azərbaycanla oyun öncə

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma təşkil olunub. Azərbaycan millisinin istirahət etdiyi halda, E qrupunda 2 oyun keçirilib. Xorvatiya Macarıstanı darmadağın edibsə, Slovakiya Uelsi yenə bilməyib - 1:1. Hər iki qarşılaşmada qırmızı vərəqə qeydə alınıb. Macarıstan millisindən Laslo Klaynhayslerin iki sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Bu isə o deməkdir ki, Klaynhaysler oktyabrın 13-də Budapeştdə Azərbaycanla oyunda meydana çıxa bilməyəcək.

Slovakiya millisindən isə Norbert Qyomber qırmızı vərəqə ilə cəzalandırılıb. Qyomber noyabrın 16-da Xorvatiyaya qarşı oynamayacaq.

Belçika yığması ardıcıl 7-ci oyununda 7-ci qələbəsini San-Marino üzərində qazanıb. Bununla da xallarını 21-ə çatdıran "qırmızı şeytanlar" AVRO-2020-nin final mərhələsinə vəsiqəni təmin edib.

AVRO-2020

Seçmə mərhələ, VII tur

10 oktyabr

C qrupu

20:00. Belarus - Estoniya - 0:0

22:45. Niderland - Şimali İrlandiya - 3:1

Qollar: Memfis Depay, 81; 90+4. Frenki De Yonq, 90+1 - Coş Macennis, 75

Xal durumu: Hollandiya - 12 xal (5 oyuna), Almaniya - 12 (5), Şimali İrlandiya - 12 (6), Belarus - 4 (6), Estoniya - 1 (6).

E qrupu

22:45. Xorvatiya - Macarıstan - 3:0

Qollar: Luka Modriç, 5. Bruno Petkoviç, 24; 42

Qırmızı vərəqə: Laslo Klaynhaysler, 56 (Macarıstan)

22:45. Slovakiya - Uels - 1:1

Qollar: Yuray Kuçka, 53 - Kiffer Mur, 25

Qırmızı vərəqə: Norbert Qyomber, 88 (Slovakiya)

Xal durumu: Xorvatiya - 13 xal (6 oyuna), Slovakiya - 10 (6), Macarıstan - 9 (6), Uels - 7 (5), Azərbaycan - 1 (5).

G qrupu

22:45. Avstriya - İsrail - 3:1

Qollar: Valentino Lazaro, 41. Martin Hinteregger, 56. Marsel Sabitser, 88 - Eran Zahavi, 34

22:45. Şimali Makedoniya - Sloveniya - 2:1

Qollar: Elyif Elmas, 50; 68 - Yosip İliçiç, 90+5 (penalti ilə)

22:45. Latviya - Polşa - 0:3

Qollar: Robert Levandovski, 9; 13; 76

Xal durumu: Polşa - 16 xal (7 oyuna), Avstriya - 13 (7), Şimali Makedoniya - 11 (7), Sloveniya - 11 (7), İsrail - 8 (7), Latviya - 0 (7).

I qrupu

18:00. Qazaxıstan - Kipr - 1:2

Qollar: Temirlan Yerlanov, 34 - Pyeros Sotiryu, 73. Nikolas Yannu, 84

22:45. Belçika - San Marino - 9:0

Qollar: Romelu Lukaku, 28; 41. Naser Şadli, 31. Kristian Broll, 35 (öz qapısına). Tobi Alderveyreld, 43. Yuri Tilemans, 45+1. Kristian Benteke, 79. Yari Verşeren, 84 (penalti ilə). Timoti Kastanye, 90

22:45. Rusiya - Şotlandiya - 4:0

Qollar: Artyom Dzyuba, 57; 70. Maqomed Ozdoyev, 60. Aleksandr Qolovin, 84

Xal durumu: Belçika - 21 xal (7 oyuna), Rusiya - 18 (7), Kipr - 10 (7), Qazaxıstan - 7 (7), Şotlandiya - 6 (7), San Marino - 0 (7).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi