Bədavi Hüseynov: "Rəqibin qoldan başqa ciddi epizodu olmadı"

Bədavi Hüseynov: "Rəqibin qoldan başqa ciddi epizodu olmadı" Bakı. 15 oktyabr. REPORT.AZ/ “Yaxşı oyun keçirdik, çoxlu qol vəziyyəti yaratdıq. Demək olar ki, hər şeyi düzgün elədik, amma bəxtimiz gətirmədi”.
Futbol
15 Oktyabr , 2018 02:42
Bədavi Hüseynov: Rəqibin qoldan başqa ciddi epizodu olmadı
Report/Firi Salim

Bakı. 15 oktyabr. REPORT.AZ/ “Yaxşı oyun keçirdik, çoxlu qol vəziyyəti yaratdıq. Demək olar ki, hər şeyi düzgün elədik, amma bəxtimiz gətirmədi”.

"Report" xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Bədavi Hüseynov deyib.

UEFA Millətlər Liqasının IV tur matçında Malta ilə qarşılaşan və 1:1 hesablı bərabərliyə razılaşan yığmamızın arxa xətt oyunçusu qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Futboldur, belə şeylər olur. Bəzən sən oynayırsan, amma qol vura bilmirsən. Bəzən də pis oynayırsan, amma qələbə qazanırsan. Əsas odur ki, məğlub olmadıq. Şanslarımız davam edir. Son ana qədər mübarizə aparacağıq”.

- Maltanın qolu zamanı sanki inanmadınız ki, rəqib fərqlənə bilər...

- Oyuna normal nəzarət edirdik. Rəqibin bir vəziyyəti qolla nəticələndi. Gözlənilməz oldu. Demək olar ki, sonra başqa vəziyyətləri olmadı.

- Ümid qalıb hələ?

- Əlbəttə. Əhval-ruhiyyəmiz yaxşıdır. Çünki bilirik ki, Kosovo da xal itirib. Qarşıda iki oyun var, hər şey Kosovo ilə oyunda həll olunacaq.

- Necə düşünürsünüz, Kosovonu səfərdə məğlub etmək realdır?

- Biz yaxşı oynayırıq, qol imkanları əldə edirik. Maksimum konsentrasiya ilə istənilən rəqibə qalib gəlmək olar.

Son xəbərlər

Orphus sistemi