Yuxarı

​"Bavariya" klubu sponsorla müqavilə müddətini artırıb

Müqavilə 2023-cü ilədək davam edəcək

Bakı. 12 avqust. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu sponsorla müqavilə müddətini artırıb. "Report"un klubun televiziyasına istinadən verdiyi məlumata görə, "Deutsche Telekom" 2023-cü ilə qədər Münhen təmsilçisinə sponsorluq edəcək.

Bu gün keçirilən mətbuat konfransında tərəflər müqavilə müddətinin artırılması haqda fikirlərini bildiriblər. Konfransda qarşıdakı illərdə sıx və uğurlu əməkdaşlığın olacağına inam ifadə edilib.

Qeyd edək ki, "Deutsche Telekom" 2002-ci ildən "Bavariya" klubuna sponsorluq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi