​"Bavariya" klubu sponsorla müqavilə müddətini artırıb

​"Bavariya" klubu sponsorla müqavilə müddətini artırıb Müqavilə 2023-cü ilədək davam edəcək
Futbol
13 Avqust , 2015 15:02
​Bavariya klubu sponsorla müqavilə müddətini artırıb

Bakı. 12 avqust. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu sponsorla müqavilə müddətini artırıb. "Report"un klubun televiziyasına istinadən verdiyi məlumata görə, "Deutsche Telekom" 2023-cü ilə qədər Münhen təmsilçisinə sponsorluq edəcək.

Bu gün keçirilən mətbuat konfransında tərəflər müqavilə müddətinin artırılması haqda fikirlərini bildiriblər. Konfransda qarşıdakı illərdə sıx və uğurlu əməkdaşlığın olacağına inam ifadə edilib.

Qeyd edək ki, "Deutsche Telekom" 2002-ci ildən "Bavariya" klubuna sponsorluq edir.

Son xəbərlər

Orphus sistemi