"Bavariya” “Fortuna”nı darmadağın edib - VİDEO
Futbol
- 30 may, 2020
- 19:03
Almaniya Bundesliqasının 29-cu turunun matçında Münhen "Bavariya”sı Düsseldorfun "Fortuna” komandasını qəbul edib.
“Report” xəbər verir ki, görüş Münhenin "Alyans-Arena” stadionunda baş tutub və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 15-ci dəqiqədə açılıb. “Fortuna”nın müdafiəçisi Matias Zanka Yorqensen topu öz qapısına göndərib. Fasiləyə qədər "Bavariya"nın üstünlüyünü müdafiəçi Benjamen Pavar və hücumçu Robert Levandovski artırıb.
Levandovski ikinci hissənin əvvəlində dubl edib, iki dəqiqə sonra isə münhenlilərinin yarımmüdafiəçisi Alfonso Devis fərqlənib.
Hazırda "Bavariya" 67 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir. "Fortuna" isə 27 xalla turnir cədvəlində 16-cı yer tutur.
Son xəbərlər
02:11
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb - YENİLƏNİB
Digər ölkələr01:41
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Digər ölkələr01:34
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
Digər ölkələr01:11
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Digər ölkələr01:04
Bundesliqa: "Bavariya" 4-cü tur matçında "Union"u darmadağın edib
Futbol00:59
Tramp bəzi jurnalistlərin Ağ Evə girişini qadağan edib
Digər ölkələr00:16
Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
Elm və təhsil23:52
Bağça müəllimlərinin sertifikatlaşdırılması prosesinin necə aparılacağı müəyyənləşib
Elm və təhsil23:45