"Barselona"nın sabiq prezidenti Aralıq dənizində üzəcəyinə dair vədini yerinə yetirib

"Barselona"nın sabiq prezidenti Aralıq dənizində üzəcəyinə dair vədini yerinə yetirib Xuan Qaspar Kataloniya təmsilçisinin mərhələ adlamasından sonra bu addımı atıb
Futbol
9 Mart , 2017 12:34
Barselonanın sabiq prezidenti Aralıq dənizində üzəcəyinə dair vədini yerinə yetirib

Bakı. 9 mart. REPORT.AZ/ İspaniya "Barselona"sının sabiq prezidenti Xuan Qaspar, Kataloniya klubu futbol üzrə Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, Aralıq dənizində üzəcəyinə dair verdiyi sözü yerinə yetirib. 

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, 73 yaşlı sabiq funksioner "Barselona"nın 1/8 final mərhələsinin ilk oyununda Fransada PSJ klubuna 4 cavabsız qolla uduzmasına rəğmən, evdə 6:1 hesabı ilə qalib gələrək mərhələ adlamasından sonra bu addımı atıb.

X.Qaspar bildirib ki, su soyuq olsa da, vədinə əməl etməyi lazım bilib. Onun sözlərinə görə, matçın 62-ci dəqiqəsində PSJ-nin hücumçusu Edinson Kavan hesabı 3:1 etdikdə "Barselona"nın ÇL-lə vidalaşacağını düşünüb: "Su soyuq idi. Ancaq söz vermisənsə, tutmalısan. Kavani qol vurandan sonra düşündüm ki, artıq tapşırığın öhdəsindən gəlmək olmayacaq. Lakin futbol belədir".

Qeyd edək ki, Xuan Qaspar 2000 - 2003-cü illərdə "Barselona"nın prezidenti olub. 

Son xəbərlər

Orphus sistemi