"Barselona"nın Çempionlar Liqasındakı matçı "yüksək riskli" sayılıb

"Barselona"nın Çempionlar Liqasındakı matçı "yüksək riskli" sayılıb İspaniya Barselonasının Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Çexiyanın Slaviya (Praqa) komandası ilə evdə keçirəcəyi qarşılaşma yüksək riskli oyun kimi qəbul edilib.
Futbol
1 Noyabr , 2019 12:24
Barselonanın Çempionlar Liqasındakı matçı yüksək riskli sayılıb

İspaniya "Barselona"sının Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Çexiyanın "Slaviya" (Praqa) komandası ilə evdə keçirəcəyi qarşılaşma yüksək riskli oyun kimi qəbul edilib.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, bu barədə qərarı zorakılıq, irqçilik, ksenofobiya əleyhinə hökumət komissiyası verib.

Nəşrdə səbəblər bildirilməsə də, çox güman ki, bu, İspaniya Ali Məhkəməsinin 9 ildən 13 ilə qədər həbs cəzası verdiyi Kataloniyanın 9 liderinin həbsindən sonra oktyabrın ortalarında Barselonada başlayan kütləvi etirazlarla əlaqədardır.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Barselona" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi