“Barselona” Koutinyo üçün “Liverpul”a dördüncü dəfə təklif göndərəcək

“Barselona” Koutinyo üçün “Liverpul”a dördüncü dəfə təklif göndərəcək İspaniya klubu 138 milyon funt sterlinq ödəməyə hazırdır
Futbol
23 Avqust , 2017 13:41
“Barselona” Koutinyo üçün “Liverpul”a dördüncü dəfə təklif göndərəcək

Bakı. 23 avqust. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Filippe Koutinyonun transferi üçün İngiltərə “Liverpul”una dördüncü dəfə təklif göndərəcək.

“Report”un “Sky Sports”a istinadən verdiyi məlumata görə, kataloniyalılar 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün mersisaydlılara 138 milyon funt sterlinq ödəməyə hazırdırlar. Bu məbləğin 101 milyonu dərhal, 37 milyonu isə bonus şəklində “Liverpul”un hesabına köçürüləcək.

Qeyd edək ki, “Barselona” sonuncu dəfə “Liverpul”a 118 milyon funt sterlinq təklif edib. 2013-cü ildə İtaliya “İnter”indən İngiltərə təmsilçisinə keçən Filippe Koutinyonun özü də “Barselona”ya transfer olunmaqda israrlıdır. 

Son xəbərlər

Orphus sistemi