"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb - VİDEO

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb - VİDEO Kataloniya klubu finalda "Alaves"i məğlub edib
Futbol
28 May , 2017 03:13
Barselona ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb - VİDEO

Bakı. 28 may. REPORT.AZ/ "Barselona" İspaniya Kubokunun final matçında "Alaves"i məğlub edib.

"Report" xəbər verir ki, Madridin "Visente Kalderon" stadionunda keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.

Bununla da "Barselona" ardarda üçüncü dəfə, ümumilikdə isə rekord sayda – 29 dəfə İspaniya Kubokunun qalibi olub.

Luis Enrike Kataloniya klubunun sükanı arxasında son oyununu keçirib. O, üç il ərzində komanda ilə 9 titul qazanıb.

İspaniya Kuboku. Final

"Barselona" – "Alaves" - 3:1

Qollar: 1:0 – Messi – 30, 1:1 – Bernar Fransua – 33, 2:1 – Neymar – 45, 3:1 – Alkaser – 45+3

Son xəbərlər

Orphus sistemi