Yuxarı

"Barselona" Arda Turanın xidmətlərindən 3 həftəyədək məhrum olub

"Barselona" Arda Turanın xidmətlərindən 3 həftəyədək məhrum olub
Türkiyəli yarımmüdafiəçi Yuventusla ilk oyunu buraxacaq

Bakı. 29 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun və Türkiyə millisinin futbolçusu Arda Turan 3 həftəyədək sıradan çıxıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tibbi müayinə nəticəsində 30 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb.

"Ay-ulduzlular"ın düşərgəsində ikən xəsarət alan Arda Moldova ilə yoldaşlıq görüşünü buraxmalı olub. İndi isə o, La Liqada minimum 4 oyunda və İtaliya "Yuventus"una qarşı Çempionlar Liqasının ilk 1/4 final qarşılaşmasında iştirak etməyəcək. Bərpa prosesi plan üzrə getsə, Turan aprelin 19-da "Yuventus"la cavab görüşünə və ya aprelin 23-də "Real Madrid"lə La Liqa matçına hazır olacaq.

Qeyd edək ki, Türkiyə millisi 2018-ci il dünya çempionatının seçmə qrup oyununda Finlandiyanı 2:0, yoldaşlıq görüşündə isə Moldovanı 3:1 hesabı ilə yenib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi