Yuxarı

Bakıdakı Avropa çempionatında Azərbaycan yığmasına rəqib olacaq daha bir komandanın heyəti açıqlanıb

Belçika millisinə 23 futbolçu dəvət alıb

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı üçün Belçika milli komandasının ilkin heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Tyerri Sike hazırlığa 23 futbolçu ilə başlayıb.

Onlardan çoxu "Brügge" və "Anderlext"i təmsil edir:

Brent Qabriel, Onur Gurler, Sufian Karkaş, Senn Linen, Lua Openda, Dauda Peters, Jül van Hekke (hamısı "Brügge"), Sebastyan Bornauv, Milan Karrin, Hans Delkrua, Dam Fulon, Mil Svilar (hamısı "Anderlext"), Xian Emmers, Zinyo Vanhösden (hər ikisi "İnter", İtaliya), Françesko Antonuççi ("Ayaks", Hollandiya), Adrien Bonqiovanni ("Monako", Fransa), Luka Bonnano ("Hoffenhaym", Almaniya), İndi Bunen ("Mançester Yunayted", İngiltərə), Natanel Frenoy ("Lyej", Belçika), Pol Hernandes ("Espanyol", İspaniya), Conatan İngi Yonsson (AZ, Hollandiya), Tibo Verlinden ("Stok Siti", İngiltərə), Lui Verstrete ("Gent")

18 nəfərlik yekun heyət yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Belçika yığması Avropa çempionatında Azərbaycan, Portuqaliya və Şotlandiya ilə eyni qrupda yer alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi