Bakıda "Qarabağ"la qarşılaşan "Şerif"in futbolçusunun qolu sınıb

Bakıda "Qarabağ"la qarşılaşan "Şerif"in futbolçusunun qolu sınıb Bakı. 30 avqust. REPORT.AZ/ Avropa Liqasının play-off mərhələsinin cavab oyununda Qarabağın qonağı olan Moldova təmsilçisinin futbolçusu Aleksandru Boyçukun dirsək nahiyəsindən qolu sınıb.
Futbol
30 Avqust , 2018 21:36
Bakıda Qarabağla qarşılaşan Şerifin futbolçusunun qolu sınıb

Bakı. 30 avqust. REPORT.AZ/ Avropa Liqasının "play-off" mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olan Moldova təmsilçisinin futbolçusu Aleksandru Boyçukun dirsək nahiyəsindən qolu sınıb.

"Report" xəbər verir ki, rəqib futbolçu matçın 22-ci dəqiqəsində Ağdam klubunun müdafiəçisi Donald Gerrye ilə top uğrunda mübarizə nəticəsində ciddi zədə alıb.

O, hava topuna qalxdıqları vaxt Gerryeni dirsəyi ilə vurub və yerə düşərkən, elə həmin qolu dirsəkdən qırılıb. Oyunu davam etdirə bilməyən Boyçuk yerini Əl-Hacı Kamaraya verib. Makedoniyalı baş hakim Aleksandar Stavrev isə moldovalı futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0.

Son xəbərlər

Orphus sistemi