Yuxarı

​Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb

Qiymətlər 1, 2 və 10 manatdır

Bakı. 12 aprel. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, qiymətlər 1, 2 və 10 manatdır.

Biletləri "28 Mall" Ticarət Mərkəzi, "Park Bulvar" Alış-Veriş Mərkəzi, 8-ci km stadionunun kassası, "Bakcell" müştəri xidməti (Ü.Həcibəyli, 48), Baki Olimpiya Stadionunun kassası (aprelin 13-dən) “Qarabağ” stadionunun kassası (aprelin 13-dən) və "Gənclik Mall" Alış-Veriş Mərkəzindən (aprelin 17-dən) əldə etmək mümkündür.

Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi