Bakı Olimpiya Stadionunun ot örtüyü dəyişdirilir

Bakı Olimpiya Stadionunun ot örtüyü dəyişdirilir Azərbaycan millisinin növbəti ev oyunlarınadək meydan hazır olacaq
Futbol
16 İyun , 2017 12:38
Bakı Olimpiya Stadionunun ot örtüyü dəyişdirilir

Bakı. 16 iyun. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda (BOS) ot örtüyünün dəyişdirilmə prosesinə başlanılıb. BOS-dan "Report"a verilən məlumata görə, məqsəd futbol üzrə Azərbaycan milli komandasının gələcək oyunlarının beynəlxalq standartlara cavab verən meydanda keçirməkdən ibarətdir. 

Ot örtüyünün bərpa prosesi bitdikdən sonra Stadion Turları yenidən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki son 2 ev oyununu - sentyabrın 4-də San Marino, oktyabrın 5-də isə Çexiya yığmaları ilə qarşılaşmaları BOS-da keçirəcək.

Son xəbərlər

Orphus sistemi