Yuxarı

Bakı Olimpiya Stadionunda İtaliya milli komandasının kubokları nümayiş olunub - FOTO

Azərbaycan – İtaliya oyunu saat 21:00-da başlayacaq.

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün İtaliya Futbol Federasiyası tərəfindən İtaliya yığmasının 1934, 1938, 1982 və 2006-cı illərdə qazandığı dünya kubokları Bakı Olimpiya Stadionunun S2 sektorunun qarşısında nümayiş olunub.

“Report”un məlumatına görə, arenaya gələn azarkeşlər saat 17:00-da kubokların qarşısında şəkil çəkdiriblər. 1 saat davam edən mərasimdə 150-dən artıq azarkeş İtaliya milli komandasının dünya çempionatlarında qazandığı kubokları görməyə müvəffəq olublar.

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu saat 21:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi