Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün İtaliya Futbol Federasiyası tərəfindən İtaliya yığmasının 1934, 1938, 1982 və 2006-cı illərdə qazandığı dünya kubokları Bakı Olimpiya Stadionunun S2 sektorunun qarşısında nümayiş olunub.
“Report”un məlumatına görə, arenaya gələn azarkeşlər saat 17:00-da kubokların qarşısında şəkil çəkdiriblər. 1 saat davam edən mərasimdə 150-dən artıq azarkeş İtaliya milli komandasının dünya çempionatlarında qazandığı kubokları görməyə müvəffəq olublar.
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu saat 21:00-da başlayacaq.






