Bakı. 6 yanvar. REPORT.AZ/ "Bakı" futbol klubunun yanvarın 5-də start götürən hazırlıq prosesində baş məşqçi İbrahim Uzuncanın iştirak etməməsinin səbəbi müəyyənləşib. Klubdan "Report"a verilən məlumata görə, İ.Uzunca köməkçisi Adnan Yazıcıoğlu ilə birgə Türkiyənin Adana şəhərində keçirilən seminara qatılıb.
PRO məşqçi kateqoriyası üzrə keçirilən seminar bir neçə gündən sonra başa çatacaq. Baş məşqçi köməkçisi ilə birgə yanvarın 8-də Bakıya qayıdacaq.
Qeyd edək ki, İbrahim Uzuncanın yoxluğunda komanda Rafael Əmirbəyovun rəhbərliyi altında hazırlaşır.