"Bakı"nın baş məşqçisiz qalmasının səbəbi müəyyənləşib

"Bakı"nın baş məşqçisiz qalmasının səbəbi müəyyənləşib İbrahim Uzunca köməkçisi Adnan Yazıcıoğlu ilə birgə Türkiyənin Adana şəhərindədir
Futbol
145
6 Yanvar , 2015 11:51
Bakının baş məşqçisiz qalmasının səbəbi müəyyənləşib

Bakı. 6 yanvar. REPORT.AZ/ "Bakı" futbol klubunun yanvarın 5-də start götürən hazırlıq prosesində baş məşqçi İbrahim Uzuncanın iştirak etməməsinin səbəbi müəyyənləşib. Klubdan "Report"a verilən məlumata görə, İ.Uzunca köməkçisi Adnan Yazıcıoğlu ilə birgə Türkiyənin Adana şəhərində keçirilən seminara qatılıb.

PRO məşqçi kateqoriyası üzrə keçirilən seminar bir neçə gündən sonra başa çatacaq. Baş məşqçi köməkçisi ilə birgə yanvarın 8-də Bakıya qayıdacaq.

Qeyd edək ki, İbrahim Uzuncanın yoxluğunda komanda Rafael Əmirbəyovun rəhbərliyi altında hazırlaşır.

Son xəbərlər

Orphus sistemi