Yuxarı

"Bakcell Arena" "Qəbələ"nin Avroliqadakı ev oyununa qədər hazır olacaq

Bu barədə arenanın direktoru məlumat verib

Bakı. 27 avqust. REPORT.AZ/ Bakının 8 km qəsəbəsində yerləşən "Bakcell Arena" Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qəbələ" klubunun ilk ev oyununa qədər hazır olacaq.

Bu barədə "Report"a arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O bildirib ki, hazırda arenanın ot örtüyündə bərpa işləri aparılır: "Qəbələ"nin ilk ev oyununa qədər arenanın ot örtüyü tam hazır olacaq. Stadionumuzda çempionat oyunları keçirilməyəcək. İndiki bərpa prosesi mövsümün sonuna qədər kifayət edəcək. Dünyanın bütün meydançalarında hər il bərpa işləri aparılır".

Qeyd edək ki, "Qəbələ" ilk ev oyununu sentyabrın 29-da Almaniya "Maynts"ına qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi