"Bakcell Arena" "Qəbələ"nin Avroliqadakı ev oyununa qədər hazır olacaq

"Bakcell Arena" "Qəbələ"nin Avroliqadakı ev oyununa qədər hazır olacaq Bu barədə arenanın direktoru məlumat verib
Futbol
27 Avqust , 2016 11:32
Bakcell Arena Qəbələnin Avroliqadakı ev oyununa qədər hazır olacaq

Bakı. 27 avqust. REPORT.AZ/ Bakının 8 km qəsəbəsində yerləşən "Bakcell Arena" Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qəbələ" klubunun ilk ev oyununa qədər hazır olacaq.

Bu barədə "Report"a arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O bildirib ki, hazırda arenanın ot örtüyündə bərpa işləri aparılır: "Qəbələ"nin ilk ev oyununa qədər arenanın ot örtüyü tam hazır olacaq. Stadionumuzda çempionat oyunları keçirilməyəcək. İndiki bərpa prosesi mövsümün sonuna qədər kifayət edəcək. Dünyanın bütün meydançalarında hər il bərpa işləri aparılır".

Qeyd edək ki, "Qəbələ" ilk ev oyununu sentyabrın 29-da Almaniya "Maynts"ına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi